Rəşad Sadıqov: «2-ci hissədə oyunu ələ almağı bacardıq»

«İlk hissədə məğlub vəziyyətə düşdük. Ona görə fasilədə özümüzü yalnız qələbəyə köklədik». Bu açıqlamanı idman.com.az saytına Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov verib. Avro-2012-nin seçmə mərhəsində Bakıda Qazaxıstan yığmasına 3:2 qalib gələn «ay-ulduzlular»ımız, növbəti matçlarda da qənaətbəxş nəticə qazanmaq niyyətindədir.
Təcrübəli müdafiəçi deyib ki, futbolçularımız 2-ci yarıda oyunu ələ almağı bacarıblar: «Özümüzü, eləcə də azarkeşlərimizi çətin vəziyyətdən çıxarmaq üçün, 2-ci hissədə əlimizdən gələni etdik. Bununla sübut etdik ki, bizdə də gözəl futbol oynaya bilən, qələbə qazanmağı bacaran komanda var».

Xəbər 1011 dəfə oxundu.