Kasilyasın zədəsi ciddi deyil
Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçda zədələnən "Real"ın (Madrid) qapıçısı İker Kasilyasın son vəziyyəti məlum olub.

Klubun rəsmi saytından verilən açıqlamada ispan qolkiperin zədəsənin ciddi olmadığı açıqlanıb.

Onun ÇL-də "Kopenhagen"lə matçda yetişəcəyi bildirilib.

Qeyd edək ki, Kasilyas 9 aydan sonra "Qalatasaray"la qarşılaşmada yenidən Madrid klubunun start heyətində forma geyinmişdi. Ancaq təcrübəli qapıçı görüşün 10-cu dəqiqəsində komanda yoldaşı Serxio Ramosla toqquşma nəticəsində zədələnərək oyunu tərk etmək məcburiyyətində qalmışdı.

Xəbər 892 dəfə oxundu.