Cüdoçuların yeni reytinq cədvəli açıqlandı
Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün heç də uğurlu alınmayıb.

Baş məşqçi Peter Zayzenbaherin başçılıq etdiyi millimizin 1 üzvü istisna olmaqla, digərləri ya mövqelərini qoruyub, ya da geriləyiblər.

Cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) 3, Elnur Məmmədli (81 kq) 2, İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) 1 pillə aşağı düşüblər. Onlar öz çəkilərində müvafiq olaraq 10-cu, 50-ci, 14-cü və 34-cü yerləri tuturlar.

Dünya çempionu Elxan Məmmədov (100 kq) da liderliyini qoruyub. O, yenə bütün rəqiblərindən öndədi. E.Məmmədov kimi Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) da mövqelərini qoruyublar. Cüdoçularımız müvafiq olaraq 22-ci, 12-ci, 26-cı, 7-ci (hər ikisi) və 16-cı pillədə qərarlaşıblar.

Son yarışlarda tatamiyə çıxmayan Ramilə Yusubova (63 kq) isə yeganə irəliləyən həmvətənimizdi. O, rəqiblərinin geriləməsi səbəbindən 55-ci yeri 54-cü pilləyə dəyişib.

Qeyd edək ki, bu idman növündə Olimpiya Oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.

Xəbər 1173 dəfə oxundu.