Karlos Kardoso: "Bu arxayınlaşmağımız üçün əsas deyil"
“Neftçi”nin futbolçusu Karlos Kardoso klubun rəsmi saytına açıqlama verib.

Braziliyalı müdafiəçi Premyer Liqanın 7-ci turunda keçiriləcək “Sumqayıt”la oyun haqda fikirlərini bildirib:

"Neftçi" ardıcıl 3 dəfə ölkə çempionu olub. Hədəfimiz ardıcıl 4-cü çempionluqdur. Bunda pay sahibi olmağım üçün əlimdən gələni əsirgəməyəcəyəm. Düzdür, “Sumqayıt” klubu “Neftçi” ilə müqayisədə zəif hesab oluna bilər, amma bu bizim arxayınlaşmağımız üçün əsas deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Qələbə qazanıb azarkeşləri sevindirmək, turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirmək istəyirik”.

Xəbər 836 dəfə oxundu.