"Qalatasaray"ın futbolçusu Didye Droqba tibbi müayinədən keçib
Çempionlar Liqasının qrup mərhələsində "Real"la (Madrid) matçda (1:6) zədələnərək oyunu tərk etmək məcburiyyətində qalan "Qalatasaray"ın futbolçusu Didye Droqba tibbi müayinədən keçib.

Rəqibin futbolçusu Pepenin kobud oyunundan sonra xəstəxanaya aparılan Fil Dişi sahilli hücumçunun çiyin və boyun hissəsində problemləri olduğu üzə çıxıb. Onun müayinəsinin davam etdirildiyi açıqlanıb.

Bu səbəbdən futbolçunun Türkiyə superliqasında "Beşiktaş"la matçda forma geyməyəcəyi bildirilib.

Xəbər 986 dəfə oxundu.