Ronaldo “Qalatasaray”la oyunun topunu evinə apardı
"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçdan (6:1) sonra hakimdən maraqlı bir xahiş edib.

Sözügedən qarşılaşmada het-trik edən portuqaliyalı hücumçu matç bitdikdən sonra referidən oynadıqları topu istəyib. Futbolçu bu topu xatirə olaraq saxlayacağını bildirib. Qarşılaşmanın hakimi Mark Klattenburq isə Ronaldonun istəyini yerinə yetirib.

Xəbər 842 dəfə oxundu.