Yığmamız 4 günə Belçika və Qazaxıstandan 4 xal aldı

Sentyabrın 6-da Avro-2012-nin seçmə mərhələsinin növbəti oyunları keçirilib.

İdman.com.az saytının məlumatına görə, A qrupunda mübarizə aparan və 4 gün əvvəl Belçika ilə heç-heçə oynayaraq, 1 xal əldə edən Azərbaycan milli komandası qrupdakı 8-ci matçında Qazaxıstana qalib gələrək daha 3 xal qazanıb. Bununla da komandamız xal ehtiyatını 7-yə çatdırıb.
Belçika ilə oyunda olduğu kimi bu dəfə də hesabı rəqib komanda açıb və yenə də oyunda bərabərlik Rauf Əliyevin vurduğu cavab qolu ilə təmin edilib. Ardınca daha 2 qol vuran lomandamız 3:1 hesabı ilə önə çıxıb. Lakin qazaxlar hesab arasındakı fərqi azaltsalar da bundan artığına gücləri çatmayıb – 3:2.
Xatırladaq ki, bu komandalar arasında iyunun 3-də Astanada keçirilmiş ilk görüş Qazaxıstan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

AZƏRBAYCAN – QAZAXISTAN - 3:2

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qollar: Ostapenko, 21, Rauf Əliyev, 54, Mahir Şükürov, 62-p., Vaqif Cavadov, 68, Yevstiqneyev, 77
Sarı vərəqələr: Loqvinenko, 50, Qurman, 78, Şükürov, 88

Azərbaycan: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov (10. Branimir Subaşiç, 46), 11. Rauf Əliyev, 13. Vurğun Hüseynov, 14. Raşad Sadıqov (k), 16. Aqil Nəbiyev (3. Saşa Yunisoğlu, 13), 19. Rahid Əmirquliyev, 20. Ufuk Budak, 22. Əfran İsmayılov (15. Ruslan Abışov, 88).
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 6. Rəşad Sadiqov, 21. Elşən Məmmədov.
Baş məşqçi: Berti Foqts.

Qazaxıstan: 12. Aleksandr Mokin, 2. Aleksandr Kirov, 3. Yuri Loqvinenko, 5. Mark Qurman, 6. Kayrat Nurdauletov (k), 7. Jambıl Kukeyev (10. Marat Xayrullin, , 60), 11. Ulan Konysbayev, 14. Marat Şaxmetov (13. Serikcan Mujikov, 70), 17. Sergey Qridin, 20. Sergey Ostapenko, 21. Mixail Rojkov.(23. Vitali Yevstiqneyev, 77)
Ehtiyat oyunçular: 1. Anton Tsirin, 16. Maksat Baycanov, 18. Nurtas Kurgulin, 19. Sergey Xijniçenko.
Baş məşqçi: Miroslav Beranek.

Hakimlər: Anders Hermansen, Martin Vulf, Anders Norrestrand, Kenn Pii Hansen (hamısı Danimarka)
Hakim-inspektor: Marinus Koopman (Hollandiya)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)

Qrupumuzdakı digər qarşılaşmada Avstriya Türkiyəni qəbul edib. Oyunda hesab açılmayıb. Oyunun sonuncu dəqiqəsində Arda Turan 11-metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Xəbər 1130 dəfə oxundu.