Xerarddan maraqlı açıqlamalar
"Barselona"nın müdafiəçisi Xerard Pike Kataloniya klubunun "Real"dan fərqini izah etməyə çalışıb: "2002-ci ildən bəri "Real Madrid" klubu transferlərə 1,2 milyard avro xərcləyib. Biz də pul xərcləyirik, lakin "Kral klubu" kimi deyil. "Barselona"nın Messi, Pedro, Puyol, Xavi, İniesta, Valdes kimi futbolçuları var. Onlar bizim kluba pulsuz başa gəlib. "Real"la rəqabətdə uğurumuzun səbəbi məhz budur.
Bəli, biz Vilya, İbrahimoviç və Neymarı transfer etmişik, amma müxtəlif vaxtlarda. "Real" isə uğursuz mövsümdən sonra Beyl, İlyarramendi və İskonu heyətinə qatdı".

Xəbər 718 dəfə oxundu.