Ronaldo: "Qalatasaray"ı hər cəhətdən üstələdik"
“Bundan yaxşı başlanğıc ola bilməz. Altı qol vurmaq bizə böyük ümid verir. Çempionlar Liqasına belə start vermək çox gözəldir”.

Bu sözləri Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”a 6:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib.

Portuqaliyalı ulduz futbolçu rəqibi hər cəhətdən üstələdiklərini bildirib: “Rəqibimiz komplektləşmiş bir komandadır. Ancaq ilk qolu vurduqdan sonra rahatlaşdıq. Oyun boyu üstün tərəf olduq. İlk dəqiqələrdən rəqibimizin xeyli qol epizodu oldu. Ancaq qola imkan vermədik”.

Ronaldo qapıçı İker Kasilyasın zədəli olması haqda da danışıb. Qeyd edib ki, onun yoxluğu “Real” üçün böyük itkidir: “Kasilyasın zədələnməsi komandamızı çətin vəziyyətə qoya bilər. Ancaq əminəm ki tezliklə sağalıb sıramıza dönəcək”.

Xəbər 874 dəfə oxundu.