“Rəvan”da itkilər
Topaz Premyer Liqasının VII turunda "Qəbələ” ilə qarşılaşacaq “Rəvan” hazırlığı davam etdirir. İdman.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi oyuna hazırlıq məqsədilə "Bayıl Arena” stadionunda məşqə çıxıb.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlərdə iki nəfər istisna olmaqla, komandanın bütün üzvləri iştirak edib. Tofiq Mikayılov ili başa vurubsa, Elvin Həsənəliyev qasıq nahiyəsindəki zədəni sağaltmaqla məşğuldur. Bu səbədən hər iki futbolçu Qəbələ səfərində komandasına kömək edə bilməyəcək. Qalan bütün komanda üzvləri ümumi qrupda hazırlıqda iştirak edir.

Xəbər 904 dəfə oxundu.