Elnur Allahverdiyev "Qəbələ" ilə müqavilə bağladı
Azərbaycan milli komandasının üzvü, bu gün “Xəzər Lənkəran”dan ayrılan müdafiəçi Elnur Allahverdiyevin yeni klubu müəyyənləşib.

Təcrübəli futbolçu az öncə “Qəbələ” klubunun ofisinə gedərək, 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, Elnur komandaya azad agent kimi transfer olunub. Və onun qarşıdakı matçlarda meydançaya çıxmasında hər hansı problem yoxdur.

Xəbər 1432 dəfə oxundu.