Ukrayna millisinin futbolçusu vəfat etdi
Ukraynalı 24 yaşlı futbolçu Maksim Bili vəfat edib.

Təxminən iki ildir yaşıl meydanlardan uzaqda qalan oyunçunun ölməsinə səbəb olan xəstəlik barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Maksim 2011-ci ildə Danimarkada təşkil olunan U-21 Avropa çempionatında Ukraynanın turnirdəki tək qolunu vurmuşdu. Futbolçu millinin müxtəlif aşağı yaş qruplarında 29 dəfə forma geyinmiş və 5 dəfə fərqlənmişdi.

Xəbər 908 dəfə oxundu.