Tiaqo Silva: "Oğlumun adını Zlatan qoyacağam"
PSJ klubunun futbolçusu Tiaqo Silva komanda yoldaşı Zlatan İbrahimoviç haqqında müsbət fikirlər səsləndirib.

"Le Figaro"ya müsahibəsində isveçli hücumçu ilə çox yaxşı dost olduğunu deyən Silva oğlu olacağı təqdirdə adını Zlatan qoyacağını bildirib:

"Meydanda və həyatda onunla yaxşı dostuq. Düzdür, "Milan"da da münasibətimiz normal idi, amma burada daha da dostluğumuzu möhkəmləndirdik.

Zlatan, ağlında sadəcə qələbə qazanmaq olan bir futbolçudur. Bundan başqa çox yaxşı xarakterə sahibdir. Əgər üçüncü bir uşağım olsa, adını Zlatan qoyacağam. Uşağımın adının Zlatan olacağını bilməsi onun üçün də şərəfdir".

Xəbər 1098 dəfə oxundu.