İniyesta karyerasını "Barselona"da bitirmək istəyir
"Barselona" klubunun oyunçusu Andres İniyesta gələcək karyerası haqqında danışıb.

29 yaşlı yarımmüdafiəçi futbolu Kataloniya klubunda buraxmaq istədiyini deyib:

"Gələcəkdə nələr olduğunu bilmirəm. Ancaq mən oyunçu karyeramı "Barselona"da bitirmək istəyirəm. Bu çox gözəl olar. İki il daha müqaviləm var. Ümid edirəm ki, hər şey yolunda gedəcək".

Qeyd edək ki, "Barselona" İniyestaya yeni müqavilə təklif etsə də, futbolçu bunu rədd edərək daha yüksək məbləğli təklif gözlədiyini deyib.

Xəbər 948 dəfə oxundu.