Rail Məlikov əməliyyat olundu | |
Ötən həftə məşq zamanı ağır zədə alan və ön çarpaz bağları qırılan "Qəbələ"nin futbolçusu Rail Məlikov İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əməliyyatın ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədilə fizioreabitoloji müalicəyə start verilib. Məlikovun 5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir. |
|
Xəbər 858 dəfə oxundu. |
|
|