Qaret Beyl Özilin evini alır
“Real”ın yarımmüdafiəçisi Qaret Beyl Madriddə daha əvvəl Məsut Özilin yaşadığı evin sahibi ola bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Uelsli futbolçu rəfiqəsi Emma ilə birlikdə Moralexada yerləşən evə artıq göz gəzdirib. Malikanənin qiyməti 1 milyon funt sterlinq təşkil edir.

Maraqlıdı ki, həmin evin qonşuluğunda “Real”ın digər ulduzu Kriştiano Ronaldo məskunlaşıb. Bundan başqa, Devid Bekhemin evlərindən biri də yaxınlıqda yerləşir.

Xəbər 1044 dəfə oxundu.