Junior Nildonun zədəsi ciddi deyil
"Xəzər Lənkəran"ın hücumçusu Junior Nildonun zədələnməsi ilə bağlı məlumat vermişdik. Artıq futbolçu məşqlərə başlayıb və AZAL-la matçda forma geyinə bilər.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

"Artıq Nildo fərdi məşqlərə başlayıb və vəziyyəti yaxşıdır. AZAL-la matça qədər tam hazır olacaq"

Xəbər 919 dəfə oxundu.