Hakimi təhqir edən futbolçu cəzalandırıldı
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizion və əvəzedicilərin çempionatı da diqqətdən kənarda qalmayıb.

İK hər iki çempionatın son turun baş verənlərlə qərarını açıqlayıb.

Əvəzedici heyətlərin VI turunun “Rəvan” – “Qarabağ” matçının 57-ci dəqiqəsində “Qarabağ” klubunun 17 nömrəli futbolçusu Təmkin Xəlilzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Əvəzedici heyətlərin VI turunun “Simurq” – “Sumqayıt” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimələnib.

Azərbaycan I Divizionunun I turunun “Şuşa” – “Şahdağ” matçının 69-cu dəqiqəsində “Şuşa” klubunun 22 nömrəli futbolçusu Elçin Qasımov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 200 manat cəza kəsilib.

Azərbaycan I Divizionunun I turunun “Turan-T” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Azərbaycan I Divizionunun I turunun MOİK – “Bakılı” matçında “Bakılı” klubunun 4, MOİK klubunun 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublara 100 manat cəza tətbiq edilib.

Azərbaycan I Divizionunun I turunun “Ağsu” – “Kəpəz” matçının 77-ci dəqiqəsində “Ağsu” klubunun 11 nömrəli futbolçusu Qalib Əmrahov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

Azərbaycan I Divizionunun I turunun “Şəmkir” – “Mil-Muğan” matçının 24-cü dəqiqəsində “Mil-Muğan” klubunun 5 nömrəli futbolçusu Samir Babayev əllə oyuna görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimələnib.

Xəbər 967 dəfə oxundu.