Gənc boksçular “Təhsil”də yarışırlar

Sentyabrın 5-də “Təhsil” Respublika İdman Mərkəzinin boks üzrə Respublika birinciliyinə start verilib. Şənbə gününədək davam edəcək yarış 1998-1999-cu illər təvəllüdlü yeniyetmələr arasında təşkil edilib.
Birincilikdə Respublikanın şəhər və rayonlarından uşaq-gənclər idman məktəblərinin idmançıları mübarizə aparırlar. Yarış 17 çəki dərəcəsi üzrə keçiriləcək. Yarış şəxsi xarakterli olub, Olimpiya sistemi ilə keçirilir.
Sabah yarışın təntənəli açılış mərasimi keçiriləcək.

Xəbər 1151 dəfə oxundu.