Fatih Terimdən iddialı açıqlamalar
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Real"la oyun ərəfəsində keçirilən mətbuat konfransında iddialı açıqlamalar verib: ““Real”la oyundan sonra daha 5 matçımız olacaq. Qazanacağımız xal və ya xallar qarşıdakı görüşlərə təsir edəcək.

Məğlub olsaq belə bu, qrupdan çıxmaq şansımızı itirdiyimiz demək deyil. Rəqibimiz yayda səviyyəli transferlər reallaşdırdı. Dünyanın ən yaxşı iki futbolçusundan biri – Ronaldo onların heyətindədi. Həmçinin Qaret Beyl də önəmli transferdir. Bunlardan əlavə, Di Mariya, Benzema, Ramos, Kasilyas kimi güclü futbolçuların adlarını çəkə bilərik. Amma biz də “Türk Telekom Arena”da qalib gəlmək istəyirik. Heç kim “Qalatasaray”ı asan rəqib hesab etməsin. Komandamız məğlub olsa belə sona qədər mübarizə aparacaq. Təslim olmaq fikrimiz yoxdu".

Xəbər 714 dəfə oxundu.