Viktor Valdez ingilis nəhənglərinin hədəfində
"Barselona" klubunun qapıçısı Viktor Valdez karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İspaniyalı qolkiper üç ingilis nəhənginin hədəfinə düşüb.

Belə ki, "Arsenal", "Mançester Siti" və "Çelsi" komandaları Valdezi transfer etməkdə maraqlıdırlar. Mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatacaq Valdezin hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.

Qeyd edək ki, 31 yaşlı qapıçı 2002-ci ildən "Barselona"nın şərəfini qoruyur.

Xəbər 952 dəfə oxundu.