Atletiko Madridin oyununu idarə edəcək hakimlər məlum oldu
Çempionlar liqasında Atletiko M-Zenit oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib. Görüşün baş hakimi Uilyam Kollakdır. Ona Martin Krayens və Uilyam Konker yardım edəcəklər. Qapı arxasındakı hakimlər Bobbi Medden və Con Biton olacaq. Ehtiyat hakim isə Gevin Harris təyin edilib.

Xəbər 938 dəfə oxundu.