İspaniya qəzetləri Ronaldonu ələ saldı
Dünən komandası ilə qazanmaqla 5 illik müqavilə imzalayan "Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldonun imzalanma mərasimində söylədiyi bəzi sözlər məsxərəyə qoyulub.

Portuqaliyalı hücumçu sözləşməsini yeniləyərkən pulun onun üçün önəmli olmadığını bildirmişdi.

Futbolçu klubu üçün bu müqaviləni imzaladığını bildirmişdi. Ancaq İspaniyanın bir çox qəzeti Ronaldonun bu ifadəsinin gülünc olduğunu bildirib.

Qəzetlər yazıblar ki, futbolçunun neçə həftə idi ki, üzü gülməyib. Ancaq müqaviləni yenilədikdən sonra futbolçunun sevincli olduğu diqqətdən yayınmayıb. Ölkənin bir çox tirajlı qəzeti Ronaldonu pulu sevən biri kimi qiymətləndirib.

Xəbər 921 dəfə oxundu.