Mourinyo: "Məğlubedilməz deyilik"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında "Everton"a məğlub olduqları oyundan (0:1) sonra maraqlı açıqlamalar verib.

O, indiki komandasının 2004-cü ildəki "Çelsi"dən fərqləndiyini bildirib:

"Bir matçda 21 dəfə qol vurmaq üçün zərbələr endiririk, amma istəyimizə nail ola bilmirik. Futbolun da gözəlliyi budur. Biz məğlubedilməz deyilik. Zamana ehtiyacım var. Məğlubiyyəti qəbul etmək asan deyil".

Xəbər 937 dəfə oxundu.