Budapeştdə güləş üzrə dünya çempionatı başlayır
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı başlayacaq.

Çempionatın ilk günündə sərbəst güləş üzrə 55, 66, və 96 kiloqram çəki dərəcəsində idmançılar mübarizə aparacaqlar.
Püşkatmanın nəticəsinə görə, milli komandamızın üzvləri Yaşar Əliyev (55 kq) monqolustanlı Bexbayar Erdenebat, Ağahüseyn Mustafayev (66 kq) kanadalı Haislan Garsia, Xetaq Qazyumov isə argentinalı Yuri Maier ilə qarşılaşacaqlar.
İlkin görüşlər Bakı vaxtı ilə saat 16.00-da başlayacaqdır.

Xəbər 915 dəfə oxundu.