"Barselona" ciddi itki ilə üzləşdi
"Barselona" klubunun futbolçusu Xordi Alba üç həftə yaşıl meydanlardan uzaqda qalacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin La Liqada "Sevilya" ilə matçda zədələnməsinin səbəb olduğu bildirilib. Gənc futbolçu sözügedən qarşılaşmada 14-cü dəqiqədə zədələnərək oyundan çıxmaq məcburiyyətində qalmışdı.

Bununla da, Alba Çempionlar Liqasında "Ayask" və "Seltik"lə matçlarda forma geyinə bilməyəcək.

Xəbər 1021 dəfə oxundu.