Subaşiçin qolu "Orduspor"a qələbə qazandırdı
Türkiyə I liqasında növbəti turun oyunları keçirilib.

Milli komandamızın üzvü Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" səfərdə "Karşıyaka"nın qonağı olub.

Baş məşqçi Erkan Sözeri Subaşiçi start heyətdə meydana buraxıb. Millimizin üzvü isə ona bəslənən etimadı doğruldub. O, görüşün 22-ci dəqiqəsində hesabı açıb. Bu, görüşdə vurlunan yeganə qol olub və "Orduspor" minimal hesabla qalib gəlib.

Qeyd edək ki, "Orduspor" hazırda 7 xalla 3-cü pillədə yer alıb.

Xəbər 946 dəfə oxundu.