Yeniyetmələr dünya birinciliyindən 4 medalla döndü
Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Azərbaycan milli komandası yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Tarverdili yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib.

Şükran Mehdiyev də (80 kq) dünya birinciliyindən bürünc medalla dönəcək.

63 kq çəki dərəcəsində yarışan İsmayıl Hüseynov finalda rusiyalı Hüseyn Maqomedovla üz-üzə gəlib. 3 raunddan sonra hər üç hakim rusiyalı boksçunun 29:28 hesablı qələbəsini qeydə alıb.

Rövşən Musayev isə (66 kq) finalda Qazaxıstan idmançısı Raxat Marxizpayevlə qarşılaşıb. Bu görüşdə də hər 3 hakimin fikri eyni olub – 0:3 (28:29, 27:30, 27:30). Ümumkomanda hesabında Rusiya 1-ci, Kuba 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub. Millimiz 8-ci yeri tutub.

Qeyd edək ki, 2 il öncə Qazaxıstanda keçirilmiş yeniyetmələr arasında dünya birinciliyində komandamız yalnız 1 bürünc medal qazanmışdı.

Kiyevdəki yarışda Rövşən Hüseynov ölkəmizi hakim kimi təmsil edib.

Xəbər 1113 dəfə oxundu.