"Arsenal" liderliyə yüksəldi | |
Futbol üzrə İngiltərə Premyer Liqasında IV turun oyunlarına start verilib. İlk oyun günündə 8 qarşılaşma baş tutub. Doğma meydanda "Kristal Palas"ı qəbul edən "Mançester Yunayted" inamlı qələbə qazanıb - 2:0. "Arsenal" isə səfərdə "Sanderlend"i 3:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, IV tura sentyabrın 16-da keçiriləcək "Suonsi" - "Liverpul" oyunu ilə yekun vurulacaq. 14 sentyabr İngiltərə Premyer Liqası, IV tur "Mançester Yunayted" - "Kristal Palas" - 2:0 Qollar: Van Persi, 45-pen (1:0), Runi, 81 (2:0) "Tottenhem" - "Norviç" - 2:0 Qollar: Siqurdson, 28 (1:0), 49 (2:0) "Stok Siti" - "Mançester Siti" - 0:0 "Sanderlend" - "Arsenal" - 1:3 Qollar: Jiru, 11 (0:1), Qardner, 49-pen (1:1), Remzi, 67 (1:2), Remzi, 76 (1:3) "Hall Siti" - "Kardiff" - 1:1 Qollar: Deyvis, 40 (1:0), Vaytingem, 59 (1:1) "Fulhem" - "Vest Bromviç" - 1:1 Qollar: Sidvell, 22 (1:0), Makauley, 90 (1:1) "Aston Villa" - "Nyukasl" - 1:2 Qollar: Ben Arfa, 18 (0:1), Benteke, 67 (1:1), Qufran, 73 (1:2) "Everton" - "Çelsi" - 1:0 Qol: Naismis, 45 (1:0) 15 sentyabr "Sauzhempton" - "Vest Hem" 16 sentyabr "Suonsi" - "Liverpul" |
|
Xəbər 1030 dəfə oxundu. |
|
|