Araz-Naxçıvan" Tovuzda məşqə çıxdı
Sabah Tovuzda "Turan-T" komandası ilə qarşılaşacaq "Araz-Naxçıvan" bu gün Gəncə-Naxçıvan-Gəncə reysi ilə Nizami yurduna yollanıb.

İdman.com.az saytı xəbər verir ki, oradan avtobusla Tovuza üz tutan debütant, şəhər stadionunda məşqə çıxıb.

Çalışmalar yekunlaşdıqdan sonra, komanda istirahət üçün Qazaxdakı “Olimpik otel”ə yerləşib.

Qeyd edək ki, "Turan-T" ilə matç saat 17:00-da start götürəcək.

Xəbər 1347 dəfə oxundu.