"Rəvan"da yeni təyinat
Bu gün “Rəvan”da klubdaxili iclas keçirilib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəhbərlik komandanın idarəetməsini gücləndirmək üçün Füzuli Əliyevi idman direktoru vəzifəsinə təyin edib.

Futbol veteranı bu gündən rəsmən vəzifəsinin icrasına başlayıb. Bir neçə il öncə "Muğan”da icraçı-direktor postunda çalışmış Əliyevin ötənlərin məşhur futbolçusu olduğunu da qeyd edək.

Xəbər 935 dəfə oxundu.