Trapattoni yola salındı
Covanni Trapattoni İrlandiya yığmasının baş məşqçisi vəzifəsini tərk edib. İdman.com.az saytı xəbər verir ki, əməkdaşlığa qarşılıqlı razılaşmaya əsasən son qoyulub. 74 yaşlı italiyalı mütəxəssis irland yığmasının sükanına 2008-ci ildə keçmişdi.

Onun rəhbərliyi ilə komanda 2012-ci il Avropa çempionatının final mərhələsinə yüksəlmişdi. Hazırkı Dünya çempionatı seçmələrində isə komanda uğursuz çıxış edir və hazırda mundiala çıxmaq şansını praktiki olaraq itirib. Yaxın vaxtlarda irland yığmasının yeni baş məşqçisinin adı məlum olacaq.

Xəbər 1023 dəfə oxundu.