Özil: «İnkişaf üçün «Arsenal»dayam»
«Arsenal»ın 50 milyon avroya sıralarına qatdığı Mesut Özil ingilis mətbuatının qarşısına çıxdı. İdman.comaz saytı xəbər verir ki, milli matçlar üçün verilən aranın ardından yeni komandasına qatılan futbolçu London klubuyla ilk məşqinə çıxdıqdan sonra mətbuat mənsublarının qarşısına keçdi. Ulduz oyunçu ilə birgə «Arsenal»ın baş məşqçisi Arsen Vengerin də qatıldığı mətbuat konfransında futbolçu London klubuna qatıldığı üçün xoşbəxt olduğunu dedi. Mesut «Burada özümü son dərəcə rahat hiss edirəm. Klubda həqiqətən bir ailə atmosferi var. Bura gəldiyimdə hər kəs məni son dərəcə isti bir şəkildə qarşıladı. Arsen Venger də möcüzə kimi birisidi və məni bir futbolçu olaraq inkişaf etdirəcəyini inanıram. Bura daha əvvəl bir çox gənc futbolçu gəldi və zamanla daha böyük futbolçular oldular. Mən də «Arsenal»a bunun üçün gəldim» - dedi.

Mesut «Real»dan ayrılığının səbəbləri ilə bağlı suallara da cavab verdi: «Madriddə çox gözəl bir dövr keçirdim. Orada hələ də bir çox dostlarım var. Həm azarkeşlərin, həm də oyunçuların reaksiyalarına baxsanız, kimsə mənim transfer olmağımın səbəbini anlaya bilmədi. Amma bu futboldu. Hər zaman irəliyə baxmalı və sonrakı addımınızı düşünməlisiniz. Mən də bu an dünyanın ən yaxşı liqasındayam və özümü inkişaf etdirmək istəyirəm. Buna görə doğru klubu seçdiyimizə inanıram. Özümü daha əvvəl Almaniya və İspaniyada isbat etdim, İngiltərədə də isbat etmək istəyirəm».

Mesutun atası və eyni zamanda menecerliyini edən Mustafa Özilsə oğlunu günahlandıran «Real»ın prezidenti Florentino Peres haqqında mətbuata sərt açıqlamalar verib. Futbolçunun «Arsenal»a getməsi iə əlaqədar Madriddə uğurlu oyunu ilə seçilmiş futbolçunun ayrılığının müzakirəsində tənqidlərin mərkəzinə düşən Peres ötən günlərdə «ABC» qəzetinə müsahibə verərək Mesutun transferinin pərdə arxasında yaşananları danışaraq cavab vermişdi. Peresə görə Mesut Özilin «Real»dan ayrılmasının bir neçə əhəmiyyətli səbəbi vardı. Mesutun gecə həyatına düşkün olması və futbolçunun eyni zamanda menecerliyini edən atası Mustafa Özilin maaş artımı üçün davamlı olaraq klubun qapısını döyməsi işi bu axıra gətirib. Peres ata Özilin illik 5 milyon avro qazanan Mesutun haqqının 8,5 milyon avroya yüksəldilməsi üçün «Real» rəhbərliyi ilə bazarlıq masasına oturmaq istədiyini deyib.

Florentino Peresin bu ifadələrinin İspaniyada böyük əks-səda oyandırmasının ardından Mesut Özilin atası Mustafa Özil «Bild» qəzetinə danışdı və «Real» başçısını günahlandırdı.

Xəbər 1099 dəfə oxundu.