Ronaldo "Qalatasaray"a qarşı oynamaya bilər
"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında "Qalatasaray"la oyunda forma geyinməyə bilər.

"Punto Pelota" televiziya proqramına qatılan idman şərhçiləri portuqaliyalı hücumçunun ən azı iki həftə dincəlməsinin lazım olduğunu bildiriblər.

Onlar bunu futbolçunun qarşıdakı matçlarda oynayacağı təqdirdə Ronaldonun zədəsinin daha da ciddi ola bilmə ehtimalı ilə əlaqələndiriblər.

Ulduz oyunçunun həkimləri də klubdan hücumçuya istirahət verilməsini istədiklərini bildirib. Ronaldonun "Vilyareal" və "Qalatasaray"la matçda oynayacağı təqdirdə belə əvvəlki oyununu göstərə bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, futbolçu "DÇ-2014"ün seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda (4:2) zədələnmişdi.

Xəbər 912 dəfə oxundu.