Karateçilərimiz dünya komandasının heyətində Rusiya millisi ilə qarşılacaq
Sentyabrın 15-də Moskvada karate üzrə Rusiya yığması ilə dünya komandası arasında yoldaşlıq görüşü keçiriləcək.

Dünya komandasının heyətinə planetin ən güclü karateçiləri cəlb olunublar. Dünya yığmasında Azərbaycanı iki idmançı təmsil edəcəkdir. Bunlar dəfələrlə dünya və Avropa çempionu olmuş Rafael Ağayev və mundialın gümüş mükafatçısı Şahin Atamovdur.
Karateçilərimiz Vətənə qayıdandan sonra İndoneziyada keçiriləcək üçüncü İslam Həmrəyliyi Oyunlarına hazırlaşacaqlar.

Xəbər 814 dəfə oxundu.