Millimizin rəqiblərinin oyunlarının vaxtı dəqiqləşib
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə birgə F qrupunda yer alan digər komandaların oyunlarının başlama saatı müəyyənləşib.

Qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğu üçün FİFA-nın qərarı ilə oktyabrın 15-də keçiriləcək Portuqaliya – Lüksemburq matçı yerli vaxtla saat 18.00-da (Bakı vaxtı ilə saat 22.00-da), İsrail – Şimali İrlandiya qarşılaşması isə yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə saat 22.00-da) başlanacaq.

Xəbər 909 dəfə oxundu.