U-15 komandasının üzvləri üçün seminar keçirildi
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda təlim-məşq toplanışındadır.

AFFA-nın Futbol Akademiyasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov tərəfindən yığmanın üzvləri üçün oyun qaydaları ilə bağlı seminar keçirilib.
X.Məmmədov qaydalar barədə ətraflı məlumat vermiş və futbolçuların suallarını cavablandırıb.

Xəbər 809 dəfə oxundu.