"Atletiko" futbolçusu ilə müqavilə yenilədi
“Atletiko” rəhbərliyi komandanın əsas heyət üzvlərindən olan Xuanfranla yeni müqavilə imzalayıb.

Razılaşmaya əsasən, 28 yaşlı futbolçu 2017-ci ilin yayına qədər Madrid klubunun formasını geyinəcək. Bu xəbəri klubun rəsmi saytı da təsdiqləyib. İspan mətbuatına danışan Xuanfran “Atletiko”da daha çox uğur qazanmaq istədiyini bildirib: “Bu cür komandada oynadığım üçün özümü şanslı hesab edirəm. Simeone əla məşqçidir. Onun rəhbərliyi altında oynamaq mənim üçün xoşdur. “Atletiko” heyətində daha çox uğur qazanmaq istəyirə

Xəbər 949 dəfə oxundu.