Əfqanıstanda futbol bayramı
Əfqanıstan paytaxtı Kabulda futbol üzrə milli komandanın beynəlxalq yarışlarda ilk qələbəsi bayram təntənəsi ilə qeyd edilib.

Paytaxt küçələrində ölkə yığmasının Hindistan futbolçularına 2:0 hesabı ilə qalib gəlməsi şərəfinə odlu silahdan havaya atəşlər açılıb.

Xatırladaq ki, Nepalın paytaxtı Katmandu da Cənubi Asiya federasiyasının kuboku uğrunda keçirilən finalda əfqanlar qalib gəlib.

Mənbənin məlumatına əsasən, televizor və radiolar vasitəsi ilə milyonlarla Əfqanıstan sakini oyunu izləyib.

1996 -2001-ci illərdə talibanın hakimiyyəti zamanı futbol da başqa idman növləri kimi yasaqlanmışdı.

Lent.az

Xəbər 925 dəfə oxundu.