Pike: "Beyl üçün "Real"da asan olmayacaq"
"İndidən Qaret Beylin" Real "da hansı rol oynayacağını söyləmək mümkün deyil. Ətrafında Ronaldo, Benzema və digər ulduzlar olduğu zaman, bu komandaya uyğunlaşmaq çətin olur. Madriddə möhtəşəm komanda toplanıb, hər bir futbolçusu azarkeşlər üçün maraq doğurur. Beyl da istisna deyil.

Belə bir klubda oynadığın zaman, böyük bir təzyiq altında olursan, çünki insanlar səndən möhtəşəm oyun və qələbələr gözləyir. Bu səbəbdən, Beyl üçün asan olmayacaq. Xüsusən də ilk ay ərzində"

Xəbər 976 dəfə oxundu.