"İnter"in məşqçisi: "Qol imkanlarından istifadə edə bilmədik"
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Topaz Premyer Liqasının 6-cı turunun “İnter”lə oyununu şərh edib. Paytaxt təmsilçisinin çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:

“Bu cür oyunlar derbidi. Rəqibimiz güclü komandadı. Oyunun çətin keçəcəyi öncədən məlum idi. Son oyunumuzda məğlub olmuşduq. Səhvlər hər bir komandada olur. Bu gün qazanılan 3 xal komandamızın nəyə qadir olduğunu göstərdi. Psixoloji səddi aşa bildik. Oyunçularımın qarşısında baş əyirəm”.

Xəbər 914 dəfə oxundu.