"Real"ın futbolçusu sıraya qayıdır
Uzun müddətdir ki, zədə səbəbindən forma geyinə bilməyən "Real" (Madrid) klubunun futbolçusu Rafael Varan komandası ilə hazırlıqlara başlayıb.

May ayında La Liqada "Espanyol"la oyunda zədələn gənc müdafiəçinin qısa müddət ərzində yaşıl meydanlara qayıdacağı gözlənilir.

Bu barədə fransalı futbolçu "Facebook" sosial şəbəkəsinin səhifəsində yazıb: "Qarşıdakı günlərdə əvvəlki formama qayıdacam".

Xəbər 1093 dəfə oxundu.