Messi: "Riberi bu mükata layiq idi"
"Barselona"nın futbolçusu Lionel Messi UEFA-nın rəsmi saytına maraqlı açıqlamalar verib.

Argentinalı hücumçu bu il "Avropanın ən yaxşı futbolçusu" mükafatının Frənk Riberiyə verilməsini belə qiymətləndirib:

"Bu mükafatı onun almasına məyus olmadım. Avropanın ən yaxşı üçlüyü arasında göstərilmək və bu yarışın içində olmaq da şərəfdir. Çoxlu sayda yaxşı oyunçu və onların arasında mənim adımın olması sevindiricir. Riberi bu mükata layiq idi".

Çempionlar Liqasında düşdükləri qrupu da dəyərləndirən Messi turnirin onlar üçün çətin keçəcəyini deyib: "Çox çətin qrupdur, amma istəyimizə nail olacağımızı bilirəm. Çempionlar Liqasını qazanmaq çox çətindir. Çünki əvvəldən axıra kimi güclü rəqiblərlə mübarizə aparmalısan".

Xəbər 982 dəfə oxundu.