Özil Peresi məhkəməyə verəcək
Mesut Özilin atası Mustafa Özil, oğlunu tənqid edən Florentino Peresə cavab verib:

"Əgər hansısa bir insan çoxlu pul qazana bilibsə, bu hələ o demək deyil ki, o namuslu insandır. Peres vicdansız insandır.

Mesut haqda pis fikirlər səsləndirdilər, məni isə bahalı transfer istəyən ata kimi göstərdilər. Haqlarımızı məhkəmədə qorumağa çalışacağıq.

Əgər Mesut sizin dediyiniz kimi həyat tərzi sürürdüsə, niyə onu meydana buraxırdınız? "

Xəbər 833 dəfə oxundu.