Türkiyə millisinin baş məşqçisi istefa verdi
Basketbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Boqdan Tanjeviç istefa verib. O bunu bu gün keçirilən mətbuat konfransında açıqlayıb. Türkiyə Basketbol Federasiyası da bu istefanı qəbul edib.

Qeyd edək ki, yığma komanda son Avropa çempionatında çox uğursuz çıxış edib. Türkiyə Sloveniyadakı turnirin ilk qrup mərhələsində 5 oyundan 4-də məğlub olmaqla növbəti mərhələyə vəsiqə əldə edə bilməyib.

Xəbər 1014 dəfə oxundu.