Bakı üçün daha 2 rəqib
Avro-2020-yə ev sahibliyi etmək istəyən şəhərlərin sayı durmadan artır. Bakının da iddia etdiyi qitə birinciliyinin oyunlarına son olaraq Belqrad və Budapeşt də namizəd olmuşdu. Serbiya və Macarıstan paytaxtlarının ardına Ukraynanın 2 şəhəri - Donetsk və Kiyev də qitə birinciliyi üçün iddiasının ortaya qoyub. Donetsk qrup mərhələsinin 3, play-offun isə 1 oyununa iddia edir. Kiyev isə yarımfinal və final matçlarına ev sahibliyi etmək arzusundadır.

Xatırladaq ki, Avro-2020-yə eyni ölkənin 2 şəhəri ev sahibliyi edə bilməz. Qitə birinciliyini qəbul edəcək 13 şəhərin adını UEFA gələn il açıqlayacaq.

Xəbər 994 dəfə oxundu.