"Rəvan" "Qarabağ"la oyuna tam heyətlə hazırlaşır
"Rəvan” klubu Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ”ı qəbul edəcək.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata gröə, komanda bu oyuna hazırlığı davam etdirir.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlər "Bayıl Arena”da baş tutur. Hazırlıqda komandanın bütün heyət üzvləri iştirak edir. Son yoxlama oyununda yüngül zədəsi olduğuna görə iştirak etməyən futbolçular – Aqil Nəbiyev, Əziz Quliyev, Rəşad Abdullayev və Elvin Həsənəliyev də kollektivlə birgə çalışır. Elə zədəsini sağaldan Xuan Manuel Varea da komanda ilə ümumi məşqlərə qatılır.

Qeyd edək ki, "Rəvan” – "Qarabağ” oyunu sentyabrın 13-də "Bayıl stadionu”nda keçiriləcək. Saat 18:00-da başlayacaq görüş "İdman Azərbaycan” kanalı ilə də canlı yayımlanacaq.

Xəbər 796 dəfə oxundu.