İlk titulunu qazanan ölkə bəlli oldu
Əfqanıstan yığması Cənubi Asiya çempionatının qalibi olub. Bu yığmanın bütün tarixi ərzində ilk tituludur. Katmanduda keçirilən final oyununda Əfqanıstan Hindistanı 2-0 hesabı ilə məğlubiyyətə uğradıb.

Bununla bağlı ölkə prezidenti Həmid Karzai də xalqı təbrik edib.Yığmanın qələbəsindən sonra Kabulda bayram gəzintiləri başlayıb.

Qeyd edək ki, 1984-cü ildən 2003-cü ilə qədər Əfqanıstan yığması heç bir beynəlxalq oyun keçirməmişdi və FİFA reytinqində 173-cü sıraya yuvarlanmışdı.İndiyədək əfqanların ən böyük uğuru 1951-ci il Asiya oyunlarında 4-cü yeri tutmaları olub.

Xəbər 664 dəfə oxundu.