Əmrə Bəlözoğlu həbs oluna bilər
"Fənərbaxça"nın futbolçusu Əmrə Bəlözoğlu "Kasımpaşa" klubunun idman direktoru Oğuz Ərkanı təhqir etdiyinə görə, 2 il 4 ay müddətinə həbs edilə bilər.

Keçirilən məhkəmədə oğuz Ərkan futbolçunun onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib.

Məhkəmənin qərarına görə, "Kasımpaşa"nın baş məşqçisi Şota Arvaladzeninin və başqa şahidlərin iştirakı ilə məsləyə bir də baxılacaq.

Qeyd edək ki, Əmrənin günahı sübuta yetirilrsə, onu 4 aydan 2 il 4 aya qədər həbs cəzası gözləyir.

Xəbər 879 dəfə oxundu.