Erik Ramos "İnter"lə oyundan danışdı
“Neftçi” klubunun yarımmüdafiəçisi Erik Ramos “İnter”lə oyun öncəsi klubun rəsmi saytına danışıb.

Paraqvaylı oyunçu rəqibin güclü müqaviməti ilə rastlaşacaqlarını deyib. Həmçinin qeyd edib ki, "Neftçi"ni təkcə qələbə qane edir:

“İnter” mövsümə istədiyi kimi başlamayıb. Bu səbəbdən xal qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Amma təbii ki, 3 xal bizə də hava-su kimi lazımdır. Buna görə də sabah meydana yalnız qələbə üçün çıxacağıq. Çempionat uzun marafon olsa da burada hər xal qızıl dəyərindədir. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”.

Xəbər 879 dəfə oxundu.